Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda həbs edilən rusiyapərəst blogerlə bağlı rəsmi açıqlama

10:58 - 8 Sentyabr 2023 tarixində dərc olunub.

Ermənistan İstintaq Komitəsinin Sünik Regional İstintaq İdarəsinin Qoris İstintaq Şöbəsində Verişen kənd sakini tərəfindən qanunsuz olaraq silah-sursatın qabaqcadan razılaşdırılaraq əldə edilməsi və saxlanması faktı üzrə cinayət işi başlanıb.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cari il sentyabrın 6-da və 7-də cinayət törətmiş 7 nəfər barəsində əldə edilmiş məlumatlar əsasında Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onlardan ikisi qanunsuz olaraq odlu silah və sursat satarkən saxlanılıb.

İlkin araşdırma zamanı hadisə yerinə baxış keçirilib, dindirilmələr, mənzillərə və nəqliyyat vasitəsinə baxış keçirilib, nəticədə AK avtomatları, həqiqi patronlar, qumbaralar, qumbaraatanlar, tapançalar, süngü bıçaqları, müxtəlif növ hərbi texnikalar, çətənə kolları aşkar edilib.

Qeyd edək ki, saxlanılanlar arasında rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan da var.

Müəllif: Ucnoqta.az redaksiyası