Ucnoqta.az
www.ucnoqta.az

Hərbi vəzifəlilərin təlimi başa çatdı - FOTO

10:07 - 8 Sentyabr 2023 tarixində dərc olunub.

 

2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyindən (MN) Ucnoqta.az-a verilən məlumata görə, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.

Müəllif: Ucnoqta.az redaksiyası