Ucnoqta.az
www.ucnoqta.az

Bu yollarda sıxlıq var - Siyahı

08:30 - 8 Sentyabr 2023 tarixində dərc olunub.

Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, "Çermet" körpüsündən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası