Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda 16 yaşlı yeniyetmə atasını öldürüb

23:58 - 7 Sentyabr 2023 tarixində dərc olunub.

Biləsuvarda qətl hadisəsi baş verib.

Hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası