Ucnoqta.az
www.ucnoqta.az

Erməni futbolçuların Ermənistana göndərilməsi kadrları - VİDEO

21:21 - 7 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular azad edilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan bayrağını təhqir etdiyinə görə tutulan erməni əsilli 3 futbolçunun azad edilərək Ermənistana göndərilməsi videosu yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşaiyətilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.

Həmin görüntüləri təqdim edirik

Müəllif: Ucnoqta.az redaksiyası