Ucnoqta.az
www.ucnoqta.az

Buzlaqların 50%-i qlobal istiləşmə səbəbindən yox olacaq - 2100-cü ilə qədər ...

12:02 - 7 Sentyabr 2023 tarixində dərc olunub.

Pitsburqdakı Karneqi Melon Universitetinin amerikalı alimləri iqlim dəyişikliyi səbəbindən Yer kürəsinin buzlaqlarının əriməsinin perspektivlərini qiymətləndiriblər.

Ucnoqta.az xəbər verir ki, Araşdırmanın nəticələri NASA-nın saytında dərc olunub. Məlumata görə, 2100-cü ilə qədər 1,5 ° C istiləşmə ilə planetimizin dağları qar örtüklərinin yarısını itirəcək.

Tədqiqatçılar qrupu yeni peyk məlumatlarından istifadə edərək ilk dəfə olaraq 215 000 buzlaqın mümkün vəziyyətini təhlil edib.

Sənayedən əvvəlki dövrlərlə müqayisədə Yer kürəsinin orta temperaturunun 1,5°C artması 2015-ci il Paris İqlim Müqaviləsi ilə müəyyən edilmiş mühüm hədddir. Əvvəllər hesab olunurdu ki, bu həddə qədər istiləşmə planet və onun sakinləri üçün fəlakətli nəticələrə səbəb olmayacaq.

Elmi əsərin müəllifi Devid Rounsun fikrincə, növbəti əsrin əvvəllərində Mərkəzi Avropada, eləcə də Kanadanın qərbində və ABŞ-da (Alyaska da daxil olmaqla) bütün buzlaqlar əriyə bilər. Bu, dəniz səviyyəsinin doqquz santimetr qalxmasına səbəb olacaq.

Tədqiqat göstərib ki, 4°C istiləşmə ilə dünyadakı buzlaqların 80%-i əriyəcək və dəniz səviyyəsi 15 santimetr yüksələcək.

“Temperaturun yüksəlməsindən asılı olmayaraq, buzlaqlar böyük itkilərə məruz qalacaq. Bu, qaçılmazdır”, - deyə David Rounds bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası