Ucnoqta.az
www.ucnoqta.az

“Aztelekom”un rəhbəri dəyişib

10:50 - 7 Sentyabr 2023 tarixində dərc olunub.

Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru təyin edilib.

O, bu vəzifədə Elçin Niyazovu əvəz edib.

T. Pirverdiyev, "Azercell Telecom" şirkətinin maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manat təşkil edir. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.///report

Müəllif: Ucnoqta.az redaksiyası