Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

09:54 - 6 Sentyabr 2023 tarixində dərc olunub.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,79 ABŞ dolları, yaxud 1,89 % artaraq 96,42 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Müəllif: Ucnoqta.az redaksiyası