Ucnoqta.az
www.ucnoqta.az

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturunda dəyişiklik edildi

16:38 - 5 Sentyabr 2023 tarixində dərc olunub.

Prezident İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturunda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1374) ilə təsdiq edilmiş Əlavə 2 – “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu”nda dəyişikliklər təsdiq edilib.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası