Ucnoqta.az
www.ucnoqta.az

Prezident 20 milyon manat ayırdı - SƏRƏNCAM

13:49 - 5 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Sərəncama əsasən 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.

Müəllif: Ucnoqta.az redaksiyası