Ucnoqta.az
www.ucnoqta.az

İstehlaka yararsız 62 ton süd məhsulları məhv edildi

10:40 - 5 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 62 ton süd məhsullarını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 62.1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası