Ucnoqta.az
www.ucnoqta.az

Müştərilərə pos-terminalların əvəzinə ödənişi "kartdan-karta edin!" "tələb"i ÇOXALIB... VİDEO

09:05 - 5 Sentyabr 2023 tarixində dərc olunub.

Bəzi mağazalarda alıcılar kartla ödəniş edə bilmirlər.

Ucnoqta.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu və ya digər səbəbdən pos-terminal təqdim edilmir. Bu da alıcıların haqlı narazılığına səbəb olur.

“Bəs sahibkarların pos-terminal ödənişlərindən yayınmalarının səbəbi nədir?”

Lakin qanunvericiliyin tələblərinə əsasən, nağdsız ödənişlərin həyata keçirilməsi üçün hər bir ticarət müəssisəsində pos-terminal cihazları olmalıdır. Alış-verişin sonunda alıcıya pos-terminaldan çıxarışla yanaşı, nəzarət kassa aparatı çeki də təqdim edilməlidir. Bunlara əməl etməyənlər isə qanun qarşısında məsuliyyət daşıyır.

Belə hallarla qarşılaşan vətəndaşlar dövlət vergi xidmətinin 195-1 çağrı mərkəzinə müraciət edə bilərlər.

Müəllif: Ucnoqta.az redaksiyası