Smash Mouth qrupunun keçmiş solisti Stiven Harvell 56 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Rolling Stone” qrupun meneceri Robert Hayesə istinadən məlumat yayıb.
Harvell evində ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib.
Sentyabrın 3-də Harvelin qaraciyərinin sıradan çıxdığı məlum olub. Sənətçi qaraciyər çatışmazlığının son mərhələsində idi. Xəstəxanada qaldıqdan sonra ailəsi və dostları onunla vidalaşa bilsin deyə, musiqiçi evə buraxılıb. Həkimlər müğənninin təxminən bir həftə ömrünün qaldığını proqnozlaşdırmışdılar.
10 il əvvəl Harvelə kardiomiopatiya diaqnozu qoyulmuşdu.
Harvell daha çox "Şrek" cizgi filminin saundtreklərinə çevrilən "All Star" və "I'm a Believer" trekləri ilə tanınır.
Stiven Harvell 2021-ci ildə Nyu York şousundan sonra "Smash Mouth"u tərk edib.