Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar keçirilir - FOTO

17:28 - 4 Sentyabr 2023 tarixində dərc olunub.

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazırlığı həftəsi çərçivəsində tabor, bölük, divizion və batareya səviyyəsində yarışlar keçirilir.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, bir neçə mərhələdə keçiriləcək yarışların əsas məqsədi bölmələrin döyüşə hazırolma vəziyyətini yüksək səviyyədə saxlamaq, hərbi qulluqçuların praktiki vərdişlərini təkmilləşdirmək və şəxsi heyətin sağlam rəqabət əzmini artırmaqdır.

Yarışların nəticələrinə əsasən, qalib heyətlər mükafatlandırılacaq.

Müəllif: Ucnoqta.az redaksiyası