Ucnoqta.az
www.ucnoqta.az

Qarpızın sağlamlıq üçün zərərləri: Bir dəfəyə 100-150 qram ...

08:09 - 2 Sentyabr 2023 tarixində dərc olunub.

Dietoloq qarpızın sağlamlıq üçün zərərindən danışıb

Ucnoqta.az xəbər verir ki, rusiyalı dietoloq və kardioloq Marina Şestakova qarpızın həddindən artıq yeyilməsinin tərkibində fruktoza və şəkərin çox olması səbəbindən şəkərli diabet və artıq çəkidən əziyyət çəkən insanlara zərər verdiyini deyib.

Şestakovanın sözlərinə görə, bir dəfəyə 100-150 qram qarpız yemək olar:

"Lakin, böyük miqdarda qarpız kilolu, diabetik, insulinə davamlı və yağlı qaraciyəri olanlar üçün təhlükəlidir" - dietoloq qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası