Ucnoqta.az
www.ucnoqta.az

Nazim Bəydəmirlinin ittihamı ağırlaşdırıldı

18:27 - 1 Sentyabr 2023 tarixində dərc olunub.

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin ittihamı ağırlaşdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, ona Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələb etmə-təkrar tördəildikdə) maddəsi ilə yenidən ittiham elan edilib.

İddia olunur ki, N.Bəydəmirli Rusiyanın Lipetsk şəhərində də bir nəfərdən hədə-qorxu yolu ilə pul tələb edib.

Xatırladaq ki, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Eks-deputat Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası