Ucnoqta.az
www.ucnoqta.az

İtaliya şirkəti "Maserati"dən 5 dəfə baha avtomobilini təqdim etdi

11:55 - 31 Avqust 2023 tarixində dərc olunub.

İtaliyanın Alfa Romeo şirkəti 33 Stradale sportkarını təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.

Avtomobil məhdud sayda buraxılacaq. Üstəlik, idman avtomobilinin bütün 33 nüsxəsi rəsmi premyeradan əvvəl satılıb. Yeni modelin qiyməti barədə məlumat verilməsə də, bəzi mənbələrə görə o, 1 milyon dollar təşkil edəcək ki, bu da onun iddia edilən rəqibi Maserati MC20-dən beş dəfə bahadır.

Yeni "33 Stradale"də kəpənək qapıları və iki böyük hava girişi var. Model 620 at gücündə benzin mühərriki və səkkiz pilləli robot sürət qutusu ilə istehsal olunacaq. Həmçinin, avtomobil 750 at gücündən çox gücə malik elektrik stansiyası ilə təchiz ediləcək. Enerji ehtiyatı - 450 km.

Müəllif: Ucnoqta.az redaksiyası