Ucnoqta.az
www.ucnoqta.az

3 polkovnik nöqsanlara görə İŞDƏN ÇIXARILDI

20:16 - 30 Avqust 2023 tarixində dərc olunub.

Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı əsasında 3 rəis vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Azər Musa oğlu Hacıyev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Namiq Vəli oğlu Qocayev və Penitensiar xidmətin Təchizat idarəsinin rəisi ədliyyə polkovnik-leytenantı Mürsəl İslam oğlu Zeynalov nöqsanlara görə işdən çıxarılıb.

Müəllif: Ucnoqta.az redaksiyası