Ucnoqta.az
www.ucnoqta.az

"Yuxarı siniflərdə dərs saatları azaldılsın" - Professor

19:08 - 30 Avqust 2023 tarixində dərc olunub.

“Fənn kurikulumları təzələnməlidir".

Ucnoqt.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu təkliflə filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Telman Cəfərov çıxş edib. O, həmçinin təhsillə bağlı başqa təkliflər də irəli sürüb:

“Məktəb və liseylər üçün tədris planları struktur və məzmun cəhətdən yenilənsin, 1-4-cü siniflərdə xarici dillərin tədrisinə, yarımqruplara ayrılmaqla, 3 saat verilsin (yuxarı siniflərə verilən saatların azaldılması hesabına). 
Tədris qeyri-dövlət dillərində aparılan məktəblərdə Azərbaycan dili tədris dillərindən biri elan olunsun (bu halda fənlər üzrə müvafiq tədris standartlarını təklif etmişdik)”.

T.Cəfərovun fikrincə, yuxarı siniflər üçün dərs saatının azaldılması maliyyə itkisinin qarşısını ala bilər:
“Mövcud tədris situasiyasını, ictimai rəyi, repetitorluğun səviyyəsini nəzərə alaraq, yuxarı siniflərdə (X-XI s.) məcburi dərs saatlarının sayı 34-37-dən 25-26 saata endirilsin! Bu, yuxarı siniflərin davamiyyətindəki gərginliyi aradan qaldırmaqla və onlara təmayül üzrə hazırlığı daha səmərəli planlaşdırmaqla yanaşı, həm də artıq maliyyə itkisinin qarşısını ala bilər.

Lisey və gimnaziyalarda əlavə olaraq xarici dillər üzrə təmayül müəyyən edilsin, yəni "xarici dillər təmayüllü" siniflər üçün tədris planları ayrıca təsdiq olunsun. Bu təmayülün humanitar fənlər təmayülü ilə qarışdırılması düzgün deyil. Xarici dili eyni dərəcədə bütün təmayüllərlə inteqrasiya etmək mümkündür.

Xüsusilə universitetlərin nəzdindəki liseylər üçün differensial tədris planları təklif edilsin ki, bu da həmin liseylərin nəzdindəki universitetlə sıx əlaqələrinə vəsilə olsun”.

Müəllif: Ucnoqta.az redaksiyası