Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda 5 vəzifəli şəxs işdən çıxarılıb

15:04 - 30 Avqust 2023 tarixində dərc olunub.

Naxçıvan şəhərində yerləşən 6 Mənzil İstismar İdarəsinin 5-nin rəisi işdən azad olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılıb.

Mirsənani Seyidovun digər sərəncamı ilə bu vəzifələrə müvafiq olaraq Vasif Qasımov, Bağır Abbasov, Mirələsgər Seyidov, Ayxan Məmmədov (Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsi), Sabir Kərimov və Cəsarət Məhərrəmov təyinat alıblar.

Müəllif: Ucnoqta.az redaksiyası