Ucnoqta.az
www.ucnoqta.az

64 yaşlı qadının beynində 8 sm uzunluğunda qurd tapılıb

10:41 - 30 Avqust 2023 tarixində dərc olunub.

Avstraliyanın Kanberra şəhərində bir xəstənin beynindən tibb tarixində ilk dəfə olaraq səkkiz santimetr uzunluğunda canlı parazit qurd Ophidascaris robertsi çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian yazır.

64 yaşlı avstraliyalı qadın ilk dəfə 2021-ci ildə ishal və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib. Tezliklə onun simptomlarına quru öskürək, qızdırma və gecə tərləmələri qoşuldu. 2022-ci ildə depressiyadan və unutqanlıqdan şikayətləndikdən sonra beyninin MRT-sindən keçib. Şəkildə anomaliyalar aşkarlandığı üçün xəstə əməliyyata göndərilib.

Əməliyyat zamanı neyrocərrah Hari Priya Bandi qadının beynindən səkkiz santimetr uzunluğunda canlı yumru qurdu çıxarıb. Həkimlər diqqətlə təhlil və parazitar yoluxucu xəstəliklər üzrə mütəxəssislə məsləhətləşmədən sonra müəyyən ediblər ki, parazit Ophidascaris roberts cinsinə aiddir. Bu qurdlar pitonları yoluxdurur və insanlarda indiyədək heç vaxt rast gəlinməyib.

Müəllif: Ucnoqta.az redaksiyası