Fransanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər üçün göndərdiyi yük Ermənistana çatıb
Ucnoqta.az xəbər verir ki, avtomobil karvanı artıq Laçın istiqamətində hərəkət etməyə başlayıb. Qeyd edilir ki, Azərbaycanla sərhəddəki Kornidzor kəndinə yola düşən yükü Fransanın rəsmi şəxsləri müşayiət edir.
Bu isə Fransanın Azərbaycana qarşı açıq təxribatından xəbər verir.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağ erməniləri üçün ərzaq yardımı göndərilib. Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.