Ucnoqta.az
www.ucnoqta.az

Yaponiyada Toyota zavodları avqustun 30-da açılacaq

15:58 - 29 Avqust 2023 tarixində dərc olunub.

Sistem nasazlığına görə montajı dayandırılan Yaponiyadakı bütün "Toyota Motor Company" zavodları avqustun 30-da fəaliyyətini bərpa edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısı məlumat yayıb.

"Toyota Motor" nasazlığın səbəbinin haker hücumu olmadığını, lakin insidentin baş vermə şəraitinin hələ də araşdırıldığını vurğulayıb. Konsern müştərilərdən və təchizatçılardan üzr istəyib.

Ümumilikdə "Toyota Motor"un Yaponiyada 14 montaj zavodu var. Çərşənbə axşamı sistemdəki nasazlıq səbəbindən onların hamısı dayandırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası