Ucnoqta.az
www.ucnoqta.az

Sabah Bakıda leysan yağacaq

15:22 - 29 Avqust 2023 tarixində dərc olunub.

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən Məlumata görə, şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası