Ucnoqta.az
www.ucnoqta.az

Ali məktəblərə qəbul nəticələri nə vaxt açıqlanacaq?

13:01 - 29 Avqust 2023 tarixində dərc olunub.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Ucnoqta.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri bu həftənin sonuna kimi elan olunacaq. 

Qeyd edək ki, 70299 abituriyent ixtisas seçimi edib. Ali məktəblərə 55900 plan yeri ayrılıb.

Müəllif: Ucnoqta.az redaksiyası