Ucnoqta.az
www.ucnoqta.az

General polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

12:23 - 29 Avqust 2023 tarixində dərc olunub.

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinə yeni rəis təyin edilib. 

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərov İnsan Resursları İdarəsinin rəisi təyin olunub. 

Qeyd edək ki, bu vəzifəyə qədər Əsgərov Vüqar Vaqif oğlu İnsan Resursları İdarəsinin rəis müavini olub və rəis vəzifəsini müvəqqəti icra edib.

Müəllif: Ucnoqta.az redaksiyası