Ucnoqta.az
www.ucnoqta.az

Elton Con xəstəxanadan buraxılıb

12:21 - 29 Avqust 2023 tarixində dərc olunub.

Britaniyalı müğənni və bəstəkar Elton Con Fransadakı evində yıxılaraq xəstəxanaya yerləşdirildikdən sonra evə buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Sənətçinin nümayəndəsi avqustun 28-i bazar ertəsi səhər evə buraxıldığını təsdiqləyib.

"Bu səhər müayinədən sonra o, dərhal evə buraxılıb və indi sağlam şəkildə evə qayıdıb" - o, deyib.

Müəllif: Ucnoqta.az redaksiyası