Ucnoqta.az
www.ucnoqta.az

Mərhum jurnalistin rəis qardaşı işdən ÇIXARILDI  

13:49 - 28 Avqust 2023 tarixində dərc olunub.

Bakıda cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. 

Ucnoqta.az News24.az-a istinadən məlumatına görə, 14 saylı cəzaçəkmə müəssisənin rəisi Namiq Qocayev tutduğu vəzifədən azad edilib. Onun yerinə Elşən Həsənov təyin edilib.

Xatırladaq ki, Namiq Qocayev tanınmış jurnalist, mərhum Natiq Qocamanlının qardaşıdır. 

Qeyd edək ki, bir neçə gün əvvəl 14 saylı cəzaçəkmə müəssisəsində xərçəng xəstəliyindən əziyyət çəkən məhbus özünü asmışdı.

Müəllif: Ucnoqta.az redaksiyası