Ucnoqta.az
www.ucnoqta.az

Kürdə batan 14 yaşlı Əsmanın axtarışları davam edir

18:40 - 26 Avqust 2023 tarixində dərc olunub.

Ötən gün Kürdə batan 14 yaşlı Əsmanın axtarışları davam edir.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu gün səhər saatlarından FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları axtarışlara başlayıblar.

Günü ikinci yarısında əlavə olaraq ikinci dalğıc-axtarlş dəstəsi də axtarışlara qoşulub. Eyni zamanda yeniyetmənin tapılması istiqamətində kənd sakinləridə səfərbər olaraq kiçik taxta qayıqlarla axtarışlar aparırlar. Hazırda axtarışlar böyük bir ərazidə davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası