Ucnoqta.az
www.ucnoqta.az

Bakıda itkin düşən yeniyetmə tapıldı

09:56 - 26 Avqust 2023 tarixində dərc olunub.

 

Ötən gün Bakının Xəzər rayonunda itkin düşmüş 2008-ci il təvəllüdlü Abbasov Adəm Qüdrət oğlu tapılıb.

Bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, A.Abbasov ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayaraq olduğu yer barədə xəbər verib. O artıq evindədir.

Müəllif: Ucnoqta.az redaksiyası