Ucnoqta.az
www.ucnoqta.az

Trampın oğlu atasının həbsxana şəkli olan köynəkləri satışa çıxarıb

11:32 - 25 Avqust 2023 tarixində dərc olunub.

Donald Trampın oğlu Fulton County həbsxanasında çəkilmiş atasının fotoşəkili olan köynəklər və afişalar satmağa başlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində siyasətçinin oğlu onlayn mağazasına keçid yerləşdirib. Köynəklər 29,9 dollara, afişalar isə 19,9 dollara satılır.

"Satışdan əldə edilən bütün gəlirlər tiranlıq və çılğınlıqla mübarizə aparmaq üçün Hüquq Müdafiə Fonduna köçürüləcək. Çoxlarından fərqli olaraq, mən özüm üçün qazanc əldə etməyə çalışmayacağam, amma kömək etmək üçün əlimdən gələni edəcəyəm" - siyasətçinin oğlu qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası