Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə iki neftçinin həlak olmaları ilə  bağlı cinayət işi başlanılıb

11:25 - 25 Avqust 2023 tarixində dərc olunub.

Xəzər dənizində iki neftçinin faciəli şəkildə həlak olmaları ilə  bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər Dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü ( əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası