Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ"dan inamlı qələbə

23:58 - 24 Avqust 2023 tarixində dərc olunub.

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Sloveniyanın “Olimpiya” və Azərbaycanın “Qarabağ” komandaları qarşılaşıb.

Ucnoqta.az xəbər verir ki, matç Azərbaycan təmsilçisinin 0:2 qələbəsi ilə başa çatıb. Hesabı ilk hissədə Kevin Medina açıb. Oyunun 44-cü dəqiqəsində isə Leandro Andrade hesabı 0:2-yə çatdırıb. Oyun bu hesabla da başa çatıb.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək.

24 avqust

22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ" - 0:2 

Qollar: Kevin Medina, 33 (0:1), Leandro Andrade, 44 (0:2)

Qırmızı vərəqə: David Sualehe, 90+5 ("Olimpiya")
Baş hakim: Georgi Nikolov Kabakov (Bolqarıstan)
"Stozice" stadionu, Lyublyana

Müəllif: Ucnoqta.az redaksiyası