Ucnoqta.az
www.ucnoqta.az

Xocalıda traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsin vəziyyətia açıqlandı

18:20 - 24 Avqust 2023 tarixində dərc olunub.

Avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Əfqan Ələkbərli yüngül xəsarətlərlə TƏBİB-in tabeliyindəki Şuşa Modul Tipli Xəstəxanaya hospitalizasiya olunub.

Qeyd edilib ki, zəruri tibbi yardım göstərilib: "Vəziyyəti qənaətbəxşdir. Ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub".

Müəllif: Ucnoqta.az redaksiyası