Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bu tələbələr təhsil haqqından azad olundu

12:43 - 24 Avqust 2023 tarixində dərc olunub.

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyasını açıqlayıb. 

Ucnoqta.az xəbər verir ki, həmin şəxslər 6 kateqoriyaya bölünür. 

Bunlar məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid statusu alan şəxslər, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranlarıdır. 

Müəllif: Ucnoqta.az redaksiyası