Ucnoqta.az
www.ucnoqta.az

Volvo tarixində ilk minivenini təqdim edəcək

11:27 - 24 Avqust 2023 tarixində dərc olunub.

İsveçin Volvo şirkəti EM90 elektrikli miniven tizerini nümayiş etdirib. Modelin noyabrın 12-də Çində təqdimatının keçirilməsi planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb. Bu, brendin tarixində ilk minivendir.

İlkin məlumatlara görə, avtomobil Çinin Zeekr 009 mikroavtobusunun da əsasını təşkil edən SEA1 platformasında qurulub.Ola bilsin ki, Volvo EM90 544 at gücünə malik elektrik stansiyası və 140 kVt/saat tutumlu akkumulyator alsın. Güc ehtiyatı 800 km, 100 km/saat sürətlənmə isə 4,5 s ola bilər.

Volvo EM90 miniveninin nümayişi ilk bazar Çin olacaq. Avtomobil üçün sifarişlərin qəbulu premyeradan dərhal sonra başlayacaq.

Müəllif: Ucnoqta.az redaksiyası