Ucnoqta.az
www.ucnoqta.az

İrəvan Bakıya yeni təkliflər verib

11:15 - 24 Avqust 2023 tarixində dərc olunub.

Ermənistan iki ölkə arasında sülh sazişinin imzalanması ilə bağlı Azərbaycana yeni təkliflər təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o deyib.

Müəllif: Ucnoqta.az redaksiyası