Ucnoqta.az
www.ucnoqta.az

ABŞ sakini ilk dəfə lotereyada 31 milyon qazanıb

15:16 - 23 Avqust 2023 tarixində dərc olunub.

ABŞ-nın Şimali Karolina ştatının Klinton şəhərinin sakini ilk dəfə lotereyada şansını sınamaq qərarına gəlib və dərhal cekpot qazanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NC Education Lottery məlumat yayıb.

O, mobil proqramdan istifadə edərək ilk dəfə Cash 5 biletlərini alıb.

Səhəri gün o, lotereyanın nəticələrini yoxlayarkən 331 min dollar udduğunu müəyyən edib. 

Müəllif: Ucnoqta.az redaksiyası