Ucnoqta.az
www.ucnoqta.az

"Türk Hava Yolları"nın təyyarəsi Bakıya təcili eniş edib

10:58 - 23 Avqust 2023 tarixində dərc olunub.

Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“APA-Economics” xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması – 45 yaşlı qadın) olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə yerli vaxtla saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası