Ucnoqta.az
www.ucnoqta.az

Yay aylarında qan vermək zərərlidir?

22:01 - 22 Avqust 2023 tarixində dərc olunub.

Yaş həddi 18-65 arasında, çəkisi isə 50 kq-dan yuxarı olan şəxslər donor ola bilər. Bir nəfər qan verən şəxs üç nəfərin həyatını xilas etmiş olur.

Ucnoqta.az xəbər verir ki, donorluq ən ülvi, nəcib hərəkətlərdən biridir. Tibbi təsdiqini tapmamış inanclara əsasən insanlar yay aylarında qanvermənin zərərli olduğuna inanırlar və donor olmaqdan çəkinirlər.

Qan donoru olmaq üçün fəsilin əhəmiyyəti yoxdur. Əksinə qanvermək ürək damar sistemi xəstəliklərinin riskini azaldır, emosional rifahımıza müsbət təsir göstərir, yeni qan hüceyrə yaranmasına səbəb olur.

Donor olmaq istəyən hər bir şəxs öz səhhəti, keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi və s. barədə aidiyyəti tibb işçisinə düzgün məlumat verməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası