Ucnoqta.az
www.ucnoqta.az

Sabiq bələdiyyə sədrinin bəraət hökmündən protest verilib

12:52 - 22 Avqust 2023 tarixində dərc olunub.

Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğluna bəraət verilməsi, eləcə də, ittiham olunduğu cinayət əməlinə tam qiymət verilməməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynova avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Əhməd Hüseynova qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilmədiyindən ona bəraət verilib.

Müəllif: Ucnoqta.az redaksiyası