Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın tanınmış alimi vəfat edib

10:50 - 22 Avqust 2023 tarixində dərc olunub.

Tanınmış alim, pedaqoq Hikmət Kazımov 72 yaşında vəfat edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. 

Qeyd edilir ki, Hikmət Hüseyn oğlu Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Onun “Abituriyent” jurnalının məsul katibi kimi fəaliyyəti də uğurlu olub və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib

Hikmət Kazımov dünən vəfat edib.

Müəllif: Ucnoqta.az redaksiyası