Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

09:38 - 22 Avqust 2023 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi̇yyat şöbəsi̇nin müdiri Zahid Qənbərov vəzifəsindən azad edilib.

Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, o, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində işə qəbul olduğu üçün vəzifədən azad olunub.

Müəllif: Ucnoqta.az redaksiyası