Ucnoqta.az
www.ucnoqta.az

Belqorodda pilotsuz təyyarə vurulub

19:56 - 21 Avqust 2023 tarixində dərc olunub.

Belqorod vilayətində pilotsuz təyyarə vurulub

Ucnoqta.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında yazıb. O,  bildirib ki, Şebekinski şəhər rayonunda hava hücumundan müdafiə sistemi pilotsuz uçan aparatı vurub.

Rayon rəhbərinin sözlərinə görə, təyyarə tipli qurğu Bezlyudovka kəndi yaxınlığında vurulub. Tələfat və dağıntı yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası