Ucnoqta.az
www.ucnoqta.az

İmişli rayon təhsil sektoruna yeni müdir təyin olunub

15:55 - 21 Avqust 2023 tarixində dərc olunub.

İmişli rayon təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Kərim Xeyrulla oğlu Kərimov təyin edilib.

Qeyd edək ki, Kərim Kərimov öncə İmişli rayonu Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.///Apa

Müəllif: Ucnoqta.az redaksiyası