Ucnoqta.az
www.ucnoqta.az

Xarici diplomatların Ağdama səfəri başa çatıb

16:54 - 16 Avqust 2023 tarixində dərc olunub.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başa çatıb.

Bu barədə "Report"un Ağdama ezam olunmuş əməkdaşı məlumat verib.

 

Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələr daxildir.

Səfər zamanı onlar Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı, Ağdam şəhər 1 saylı tam orta məktə, Muğam Mərkəzi və yaşayış komplekslərində aparılan işlərə əyani tanış olublar.

Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib.

Müəllif: Ucnoqta.az redaksiyası