Ucnoqta.az
www.ucnoqta.az

Rusiya və Ermənistanın müdafiə nazirlərinin müavinləri görüşüb

18:37 - 15 Avqust 2023 tarixində dərc olunub.

Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin və Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan ilə görüşüb.

Görüş zamanı Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri, o cümlədən Ermənistan ərazisindəki Rusiya hərbi bazasının gündəlik fəaliyyəti müzakirə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası