Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı

11:31 - 14 Avqust 2023 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikası (NMR) Mədəniyyət nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov işdən azad olunub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı NMR Ali Məclisinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb.

Digər sərəncamla Həsən İbrahim oğlu Seyidov NMR Mədəniyyət nazirinin müavini təyin edilib. O, eyni zamanda nazir vəzifəsini də müvəqqəti icra edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası