Ucnoqta.az
www.ucnoqta.az

İcra başçısı MKTB rəisini işdən çıxardı

09:09 - 14 Avqust 2023 tarixində dərc olunub.

Göygöl rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsindən azad olunub.

"Unikal"ın məlumatına görə, bununla bağlı  Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev əmr imzalayıb. Əmrə əsasən birliyin rəisi Səfyar Uğuruyev işdən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası