Ermənistanın "Pyunik" futbol klubunun nümayəndə heyətinin olduğu təyyarə mühərrikində nasazlıq səbəbindən Osloda məcburi eniş edib
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun Facebook səhifəsində məlumat verilib. Bildirilir ki, Konfrans Liqasının “Bodo-Qlimt” – “Pyunik” matçından sonra Ermənistan klubunun nümayəndə heyətinin olduğu təyyarə mühərrikində nasazlıq səbəbindən Oslo Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Qeyd edək ki, Xaykinin “Bodo-Qlimt” komandası avqustun 10-da Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Pyunik”i 3:0 hesabı ilə məğlub edib.